BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kütləvi dava

Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.

 

Dava hər iki qonşunun avtomobil park etməsi üstündə olub.

 

Qobustan qəsəbəsində yaşayan 1990-ci il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.

 

APA

Tarix: 24 Sentyabr 2022, 07:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin