BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri idi”

“AzTV-də "Əsas məsələ" verilişində hərbi-siyasi ekspert kimi iştirak etdim. Eyni zamanda, ölkənin görkəmli tarixçiləri - Anar İsgəndərov (deputat), Nəsiman Yaqublu və Şikar Qasımov verilişin iştirakçıları idilər. Verilişdə dövlətimiz üçün çox mühüm olan məsələləri müzakirə etdik. Ancaq verilişdən dərhal sonra özünü "Qərbi azərbaycanlıların lideri" elan etmiş Əziz Ələkbərli özünün facebook hesabında status yazaraq AzTV-də yayılmanan həmin verilişi səviyyəsiz adlandırdı. Şübhəsiz ki, ictimaiyyət bu adamın (?) təhqiredici statusuna sərt reaksiyalar göstərdi. Dövlət televiziyasında milli məsələyə həsr olunan verilişə qarşı nifrət püskürən Ə.Ələkbərlinin bunu hansı məqsədlə etdiyi məndə təəccüb doğurmur. Çünki onu illərdir və iliyinə qədər tanıyıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Telman Qasımov bildirib.

 

“Əziz Ələkbərli deputat seçilməmişdən bir il öncə "Park Inn" oteldə QHT-lərin keçirdiyi tədbirdə niyə məndən və digər şəxslərdən tələb edirdi ki, hər kəs Ramiz Mehdiyevin ətrafında birləşsin və yeni komandaya qarşı mübarizəyə başlasın!? Təbii ki, həmin vaxt bu adama layiq olduğu cavabı verdik. Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri idi. Onun bu gün də dövlət televiziyasında milli məsələlərə qarşı aqressiv münasibət bildirərək hər kəsə meydan oxuması bir daha göstərir ki, Ramiz Mehdiyevin sifarişlərini yenidən icra edir. Verilişdə Cənab Prezident İlham Əliyevin strateji əhəmiyyət kəsb edən fikirlərini xəritə üzərində şərh edirdim. Qərbi Azərbaycan mövzusuna isə çox hörmətli tarixçilərimiz ətraflı şərh verərək proseslərin tarixi əhəmiyyətini izah etdilər. İndi sual olunur, Əziz Ələkbərlini Prezident İlham Əliyevin söylədiyi fikirlərə verdiyimiz şərhlər niyə əsəbləşdirir? Bu adam kimə xidmət edir, izah etsin görək! 62 yaşlı Əziz Ələkbərli indiyə qədər 5 partiyanı budaq-budaq gəzərək özünün əsl siyasi simasızlığını sübut etmiş adamdır(?). Onun əvvəlcə Müsavat, AXCP, ADP və AVP-də oynadığı miskin oyunların şahidləri hələ də həyatdadır. Yaxud da 2011-ci ildə "Xural" qəzetinə verdiyi müsahibədə Ümummilli lider Heydər Əliyevi və Prezident İlham Əliyevi Qərbi azərbaycanlılara qarşı qərəzdə ittiham edirdi. Kim istəsə, “Google”da yazıb həmin müsahibəni oxuya bilər. Bu haqda ətraflı məlumatlarım olacaq. Ümumiyyətlə, həssas bir məqamda bir ölkəmizi bölgələrə bölərək, özünü Qərbi azərbaycanlıların lideri elan edən bu adamın hansı siyasi ambisiyaları var? Bu adama başa salmaq lazımdır ki, İlham Əliyev təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlıların lideridir. Əziz Ələkbərli isə bunu qəbul etmək istəmir. Bir neçə il əvvəl Fəzail Ağamalı ilə Ramiz Mehdiyev arasında savaş başlayan kimi, Əziz Ələkbərli AVP-dən ərizə yazaraq çıxdı. O, Ramiz Mehdiyevin düşmən münasibət bəslədiyi Fəzail Ağamalıya zərbə vurmaq üçün AVP-yə yerləşdirilmişdi. Görünür, Əziz Ələkbərli ilə bağlı bütün sirrləri açmağın zamanı gəlib çatdı. Əslində isə gecikmişik! Bu adam Qərbi Azərbaycan İcmasına rəhbər təyin ediləndən sonra açıq şəkildə siyasi iddialar ortaya qoyur. Ətrafındakı adamlar vasitəsilə Qərbi Azərbaycandan olan şəxslərə xəbərlər göndərir ki, məndən icazəsiz heç kəs efirlərə çıxmasın, mətbuata danışmasın, mən nə desəm, onu edin! Hələlik isə, Əziz Ələkbərli izah etsin görək, qaynatası Abbas Səfərov Qərbi azərbaycanlıların yaratdığı Qaçqınların Cəmiyyətinin Ayna Sultanova da yerləşən ofisini niyə param-parça edərək satıb? 250 kvadrat metrlik ofisin 200 kvadrat metrini nə qədər pula satıb yeyiblər? Bəs bu adam desin görək, deputat seçilməmişdən qabaq bu adam Qərbi azərbaycanlıların arxivini niyə yandırıb məhv edib? Bu xəyanəti o kimin sifarişi ilə icra edib?” – T.Qasımov.

 

Qeyd: Ə.Ələkbərli tənqidi statusunu silib.

Tarix: 24 Sentyabr 2022, 08:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin