BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sülh müqaviləsi imzalanmayana qədər “Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər”

“Ermənistan 86.600 km2 ərazimizi tanımayınca, biz də Ermənistanın 29.743  km2 ərazisini tanımayacağıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Mirkişili bildirib.

 

T.Mirkişili qeyd edib ki, hazırda Ermənistan nəzarətində 125 km2-ə yaxın ərazimiz qalıb (anklav kəndlər - Qazaxın və s.): “Tanınmayan sərhədlərdə kimin hansı ərazidə dayanması artıq texniki məsələdir, beynəlxalq qanunlara heç bir aidiyyatı yoxdur. Beləliklə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər “Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər, çünki o ərazilərdə daim azərbaycanlılar yaşayıb. Ermənilər tarixi seçim qarşısındadırlar: “To be or not to be” (Olum ya ölüm). Azərbaycan sülh, ləyaqətli həyat və qarşılıqlı hörmətin hökm sürdüyü bir Qafqaz istəyir və onu dizayn etməkdədir”.

 

Kənan

Tarix: 24 Sentyabr 2022, 09:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin