BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 250 min manatlıq oğurluq olub

Bakıda oğurluq hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250.000 manat dəyərində 2000 metr qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 24 Sentyabr 2022, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin