Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Avtonəqliyyat vasitələri ilə yüklərin daşınması zamanı müəyyən edilmiş kütlə hədlərinin, ölçü parametrlərinin aşılmaması ilə bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq, təəssüf ki bu sahədə istənilən nəticə əldə olunmamışdır. Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması və bu əmələ görə qanunla nəzərdə tutulmuş inzibati cərimə məbləğinin kifayət qədər böyük olması haqda dəfələrlə məlumat verilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
DİN-in Baş DYP İdarəsi ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artmasını, eləcə də digər sürücülər üçün təhlükə yaratmasını nəzərə alaraq, belə halların qarşısının alınması məqsədilə yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər”.
19 Mart 15:15
19 Mart 15:13
19 Mart 15:00
19 Mart 14:58
19 Mart 14:51
19 Mart 14:40
19 Mart 14:33
19 Mart 14:30
19 Mart 14:23
19 Mart 14:20
19 Mart 14:19
19 Mart 14:15
19 Mart 14:13
19 Mart 14:10
19 Mart 13:43
19 Mart 13:39
19 Mart 13:34
19 Mart 13:07
19 Mart 12:45
19 Mart 12:25
19 Mart 12:05
19 Mart 12:01
19 Mart 11:39
19 Mart 11:15
19 Mart 10:16
19 Mart 10:13
19 Mart 09:55
19 Mart 09:13
19 Mart 09:10
19 Mart 09:06
19 Mart 08:54
19 Mart 08:47
19 Mart 08:46
19 Mart 08:46
19 Mart 08:45
19 Mart 08:44
19 Mart 08:42
19 Mart 08:42
19 Mart 08:41
19 Mart 08:40
19 Mart 08:38
19 Mart 08:38
19 Mart 08:34
19 Mart 08:33
19 Mart 08:33
19 Mart 08:32
19 Mart 08:31
19 Mart 08:28
19 Mart 08:23
19 Mart 08:18
19 Mart 08:14
19 Mart 08:10
19 Mart 08:05
19 Mart 08:03
19 Mart 07:35
19 Mart 07:33
19 Mart 07:31
19 Mart 07:29
19 Mart 06:12
19 Mart 06:09
19 Mart 06:07
19 Mart 06:06
19 Mart 06:04
19 Mart 06:03
19 Mart 06:02
19 Mart 06:00
19 Mart 05:57
19 Mart 00:25
19 Mart 00:21
19 Mart 00:16
18 Mart 21:52
18 Mart 21:04
18 Mart 20:53
18 Mart 20:48
18 Mart 20:42
18 Mart 20:23
18 Mart 20:09
18 Mart 20:05
18 Mart 19:47
18 Mart 19:35
18 Mart 19:19
18 Mart 19:17
18 Mart 19:12
18 Mart 19:09
18 Mart 19:06
18 Mart 19:01
18 Mart 18:59
18 Mart 18:37
18 Mart 18:35
18 Mart 18:31
18 Mart 18:24
18 Mart 18:03
18 Mart 18:01
18 Mart 17:58
18 Mart 17:53
18 Mart 17:40
18 Mart 17:00
18 Mart 16:53
18 Mart 16:34
18 Mart 16:07
18 Mart 16:06
18 Mart 16:05
18 Mart 16:03
18 Mart 16:02
18 Mart 16:00
18 Mart 15:59
18 Mart 15:57
18 Mart 15:56
18 Mart 15:53
18 Mart 15:50
18 Mart 15:41
18 Mart 15:27
18 Mart 15:24
18 Mart 15:22
18 Mart 15:10
18 Mart 15:03
18 Mart 14:47
18 Mart 14:44
18 Mart 14:43
18 Mart 14:33
18 Mart 14:27
18 Mart 14:08
18 Mart 14:02
18 Mart 13:54
18 Mart 13:49
18 Mart 13:46
18 Mart 13:45
18 Mart 13:33
18 Mart 13:32
18 Mart 13:31
18 Mart 13:30
18 Mart 13:28
18 Mart 13:27
18 Mart 13:26
18 Mart 13:23
18 Mart 13:19
18 Mart 13:13
18 Mart 13:11
18 Mart 13:07
18 Mart 12:56
18 Mart 12:50
18 Mart 12:48
18 Mart 12:46
18 Mart 12:43
18 Mart 12:40
18 Mart 12:38
18 Mart 12:32
18 Mart 12:28
18 Mart 12:24
18 Mart 12:14
Ən son xəbərləri səhifəmizdən də izləyin