BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov iş adamlarına, hacılara müraciət etdi

Hüquqşünas Aslan İsmayılov iş adamlarına müraciət edib.


Pravda.az-ın xəbərinə görə, A.İsmayılov deyib:


"19 mart axşam yaşadığım evə bir bağlama gətirdilər. Bunun nə olduğunu soruşduqda dedilər ki, bunu bu ərazidə bütün ailələrə bir iş adamı paylayır. Bağlamanın içində 1.2 kq təzə mal əti, 1.2 kq toyuq əti, 1 kq qabda düyü və 200 qram yağ var idi. Bu gün həmin iş adamı ilə danışıb bunu nə üçün etdiyini soruşdum. İzah etdi ki, o, birinci dəfə deyil ki, bunu edir. Bundan başqa bu ərazidə adamları tanıyır və bilir ki, bu gün çoxları iş yerləri bağlandığından işləmirlər. Onların da əksəriyyətinin bu gündən sabaha ehtiyacları var. Mənim də obyektim həmin ərazidə yerləşir və mən həmin obyektən illərdir ki, qazanıram. Bu gün onların ağır vəziyyətini, onların ac qaldığını görüb qazandığımın bir hissəsini bölüşməsəm düz olmaz. Adamın kimliyi bilinməsin deyə dediyi başqa məqamları yazmıram, çünki həmin şəxs qəti olaraq kimliyinin açıqlanmasını istəmədi.


Bu gün bütün imkanı çatan iş adamlarına müraciət edirəm ki, obyektləri yerləşən ərazilərdə buna oxşar addımlar atsınlar. Bundan başqa bu gün bir necə dəfə hacı olanlara da müraciət edirəm ki, eyni addımları da onlar yaşadıqları ərazilərdə atsınlar. Uca Allah tərəfindən bu əməlin Həcc ziyarətindən də artıq dəyərləndiriləcəyinə əminəm".

Tarix: 22 Mart 2020, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin