BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahib Kərimli: “İlham Əliyevə qarşı kiminsə başına 200 fəal fədakar toplamaq şansı yoxdur”

“İqtidar siyasi partiyalar haqqında yeni qanunla hakimiyyət uğrundakı mübarizənin standartını müəyyən edir. Təbii ki, bu standart ənənəvi demokratik prinsiplərə uyğun deyil. Amma bu, həm də yeni standart və prinsiplər deməkdir. Ənənəvi anlamsızlıqdan və siyasi sistemdəki xaosdan fərqli olaraq, prinsipləri olan, hüquqi mexanizmi olan standart yaranır. Siyasi fəaliyyət göstərmək iradəsi olanı yeni qanun məhdudlaşdırmır, əksinə, müstəvini aydınladır. İki yol təklif edir iqtidar və ya İlham Əliyev. Ya yanımda dayanan, qərargah açarını əlimdən alan, təlimatlarımla işləyən yan siyasi struktur olmalısan, ya da gerçək gücü olan, real müxalifət. İlham Əliyev deyir ki, kim mənimlə gerçək mübarizə aparmaq istəyirsə, həqiqi müxalifət partiyası qurmaq iddiası varsa, öncə 200 nəfər partiya təsisçisi tapmalıdır. Və yaxud  iqtidar deyir ki, ölkədə bizə müxalifət olmaq istəyən iki yüz nəfər varsa, səmimi hisslərlə birləşib, bizimlə mübarizə aparsın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Sahib Kərimli bildirib.

 

S.Kərimli qeyd edib ki, partiyaların reyestri və 10 min üzv tələbi də standartdır: “Əgər 200 nəfər səmimi hisslərlə bir nəfərin başına və yaxud özləri öz başına toplana bilsə, 10 min adamı da toplaya bilər. Heç kim də adının reyestr düşməsindən narahat olmaz. İlham Əliyevə qarşı kiminsə başına 200 fəal fədakar toplamaq şansı yoxdur. Söhbət real müxalifətçilik fəaliyyəti göstərməkdən gedir, troll fəaliyyətlərinin kordinasiya edilməsindən yox. Formalaşmış siyasi şüurla, fərdləri hədəf almadan, idealist və dövlətçi fəaliyyətlə, 200 nəfərin birləşməsi və partiya yaratması üçün də cəmiyyətin tam yetərli potensialı yoxdur. Amma belə bir potensial formalaşmaqdadır… Xalq hərəkatının siyasi fəalları əməliyyatla dağıdılıb. Xalq Cəbhəsinin iki milyon potensialı olub. Hakimiyyətə gələndə iki yüz min qalmışdı. Hakimiyyətdən gedəndə iki on min nəfər fədakar fəal qalmış olardı. O iki on mini də, son 30 ildə iki nəfərə endirən AXCP rəhbəri, siyasi partiyaya lazım olan 200 nəfər tələbinə qarşı etiraz etməyə qərar verib”.

Tarix: 25 Sentyabr 2022, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin