BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərhəd münaqişəsinə dair protokol imzalandı

Bu gün Qırğızıstan və Tacikistan sərhəd münaqişəsinin dayandırılmasına dair protokol imzalayıb.

 

Bunu bu gün Qırğızıstan Baş nazirinin müavini, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

 

Kamçıbek Taşiyev hesab edir ki, tərəflər protokolda göstərilənlərə ciddi əməl edəcəklər.

 

Tacikistan tərəfdən sənədə imza atan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov bildirib ki, bu gün sülh gəlir, Lyaylya və Batken rayonlarının evlərini tərk edən sakinləri geri qayıda bilərlər. Onun sözlərinə görə, Qırğızıstan tərəfi qaçqınların kəndlərinə qayıtmasını təşkil edəcəklər.

 

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sentyabrın 14-də kəskinləşib. Qırğızıstan tərəfi bildirib ki, Tacikistan sərhədçiləri Batken vilayətinin Batken rayonunun Bulak-Başı məntəqəsində sərhədi keçib, döyüş mövqeyi tutub. Qırğızıstan tərəfinin mövqeləri tərk etmək barədə tələbi yerinə yetirilməyib və atışma başlayıb. Sentyabrın 17-də Qırğızıstan Sərhəd Xidməti Oş vilayətində atışma olduğu barədə məlumat yayıb. Qırğızıstan sərhədyanı kəndlərdən 140 min nəfəri evakuasiya edib.

 

Sentyabrın 19-da iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət xidmətləri qoşunları geri çəkmək və sülhün bərqərar etmək barədə protokol imzalayıblar.

 

Qırğızıstan tərəfi münaqişə nəticəsində 62 nəfərin öldüyünü, 200-ə qədər insanın yaralandığını açıqlayıb.

 

APA

Tarix: 25 Sentyabr 2022, 18:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin