BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şöhrət Eldəniz: “Mətbuat Şurasının qurultayında saxtakarlıq olmayıb”

“Bu gün çox adam zəng edib soruşub ki, Mətbuat Şurasının qurultayında səslərin sayılmasında problem, saxtakarlıq oldumu? Bir mənalı olaraq cavab verirəm: Yox. Heç bir saxtakarlıq olmadı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Şöhrət Eldəniz bildirib.

 

“Mətbuat Şurasının qurultayında tərtib edilən səs komissiyasına gənclərin təklifi və təkidi ilə əlavə olaraq məni və Ruslan Bəşirlini də üzv seçdilər. Etiraz etmədim. Amma hamıya da dedim: səslərin verilməsində və sayılmasında bir epizod belə pozuntu görsəm, protokola imza atmayacağam və seçkilərin saxtakarlıqla keçirildiyi barədə bəyanat verəcəyəm. Səs verilmə anından tutmuş, səslərin bir-bir sayılmasına qədər fəal və ciddi şəkildə iştirak etdim. Tam əminliklə deyə bilərəm ki, səs vermə prosesində  və səslərin sayılmasına heç bir müdaxilə və pozuntu olmadı. Kimə nə səs verilmişdi, o da təqdim edildi. Səs qazananlar da İdarə Heyətinə seçildi. Dediklərimi öz imzasına və şəxsiyyətinə hörmət edən komissiyanın digər üzvüləri Seymur Verdizadə, Rəy Kərimoğlu və Ruslan Bəşirli də təsdiq edə bilər. Biz öz işimizi təmiz və vicdanla yerinə yetirdik. İndi nə baş verir, o artıq məni ilgiləndirmir” – Ş.Eldəniz qeyd edib.

Tarix: 25 Sentyabr 2022, 22:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin