BURADA REKLAMINIZ OLA
BİLƏR

“Priqojin Rusiya həbsxanalarını gəzərək əfv qarşılığında məhbusları Ukraynaya ölümə göndərməklə məşğuldur”

“Beynəlxalq mövzulara maraq göstərənlərin az qala tamamı bilir ki, Rusiyada muzdlu “Vaqner” qruplaşmasının təsisçisi Yevqeniy Priqojindir. Bu şəxs Kreml sahibi Vladimir Putinin Sankt-Peterburqdan yaxın dostudur. Priqojin Putinin hesabına varlanıb. Onun “Konkord” şirkəti ərzaq təhcizatı ilə məşğuldur, o cümlədən Priqojin Kremldəkilərin bahalı süfrələrinə cavabdehdir. Prqiojin bu mənada Putinin şəxsi aşbazı titulunu da daşıyır. Bunun hesabına Priqojin dövlətin tenderlərində əsas pay sahibidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlunun sözlərinə görə, Priqojin illər uzunu “Vaqner”lə bağlılığını təkzib edib: “Nəhayət o bugünlərdə etiraf edib ki, “Vaqner” muzdlu qruplaşmasını 2014-cü ildə təsis edib. Niyə məhz 2014-cü il? Görünür, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra muzdlu qruplaşmaya ehtiyac duyub. Bu ideyanın arxasında şəxsən Putinin dayandığını zənn edirəm. O düşünüb ki, oxşar şirkətlər rəqibi ABŞ-da varsa, Rusiyada niyə olmasın? Putin bu işi varlanmasına imkan saxladığı ən yaxın dostuna tapşırıb. “Vaqner” muzdluları Liviya, Suriya savaş təcrübəsindən çıxdıqdan sonra Ukraynaya göndəriliblər. “Vaqner”in Ukraynada itkiləri çoxdur. Putin itkilərin yerini doldura bilmədiyinə görə qismi səfərbərliyə ehtiyac duyub. Priqojinin özü isə Rusiya həbsxanalarını gəzərək əfv qarşılığında məhbusları Ukraynaya ölümə göndərməklə məşğuldur”.

Tarix: 26 Sentyabr 2022, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin