BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Sərhəddə baş verənlərin və dünya böhranının səbəbkarı Azərbaycan hakimiyyəti deyil”

“Artıq nəinki Azərbaycan, dünya çətin sınaq qarşısındadır. Dünya fonunda çox ciddi gərgin hadisələr, ölkələrin daxilində və xarici siyasi xəttində ciddi dəyişikliklər baş verir. Region dövlətlərində mövcud hadisələri də nəzərə alsaq, bir daha görərik ki, dövlətimiz iqtisadi və siyasi sabitliyi təmin edib. Lakin ölkə daxilində bu sabitliyi pozmağa cəhd edən siyasi qüvvələr mövcuddur. Düşünürəm ki, sərhəddəki vəziyyəti, dünyadakı prosesləri nəzərə alıb, hər kəs sabitliyi qorumaqla mükəlləf olmalıdır. Hazırda dövlət müstəqilliyimizin və sabitliyin qorunması əsas şərtdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat vurğulayıb ki, nə sərhəddə baş verənlərin, nə də dünya böhranın səbəbkarı Azərbaycan hakimiyyətidir: “Yaxın keçmişi xatırlasaq, görərik ki, bu gün sərhəddəki vəziyyətdən  narazı qüvvələr vaxtilə Qarabağı əlində şüar tutaraq, daima xalqı hakimiyyətə qarşı qaldırmaq üçün istifadə edirdi. İndi Qarabağ azaddır, lakin biz terrorçularla mübarizə aparırıq, erməni revanşistləri həqiqətləri anlamırlar. Onlar azad olunan hər qarış torpaq uğrunda mübarizə aparmaq istəyirlər. Azərbaycan hakimiyyəti müharibə bitən gündən Ermənistanı sülhə, sabitliyə, kommunikasiya qurmağa çağırır, lakin göründüyü kimi bu, asan başa gəlməyəcək. Təəssüf ki, bu çətin dövrdən istifadə edərək, dövlətçilliyimizi təhlükə ilə qarşı-qarşıya qoyanlar var. Bu, dövlətə, xalqa xəyanətdir. Həmin sosial platforma siyasətçiləri Azərbaycan Ordusunun uğurlarını da görmək istəmirlər, hər sahədə əldə olunmuş nailiyyətləri xalqın gözündə uğursuzluq kimi qələmə verməyə çalışırlar. Mən xalqımıza səslənirəm, bütün bu proseslər bir tək Azərbaycana xas deyil, hətta deyərdim ki, Azərbaycan indiki dövrdə sabitliyin bərqərar olduğu az sayda ölkələrdəndir. Bu səbəbdən yenə də dövlətimizin ətrafında sıx birləşməli, müstəqilliyimizi, dövlət kimi varlığımızı qoruyanların yanında olmalıyıq”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Sentyabr 2022, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin