BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Görün hələ fars məktəblərinə izin verilsəydi, hansı növbə yaranardı…”

“Rus məktəblərinə axını gördük. Görün hələ fars məktəblərinə izin verilsəydi, hansı növbə yaranardı. Yeri gəlmişkən Rusiya İrandan İHAlar alır. Buna görə xeyli də pul ödəyib. Həqiqətən savaşın qarışıqlığında Rusiya başını itirib. Necə olub ki, onlar özlərini bu qədər məsrəfə salıblar. Bütün Azərbaycan doludur İran İHAları ilə. Orada buna “şəhid” və “mücahid” adı veriblər, bizdə də Qumşik. Hamısını pulsuz götürüb apara bilərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

 

F.Mustafa hansısa sosial şəbəkə seqmentinin qapanmasının əleyhinə olduğunu qeyd edib: “Əksinə imkan yaratmaq lazımdır orada bütün sifətlər ortaya çıxsın. Gizləndilər, nə olsun? Bəs kim mübarizə aparacaq bu təxribatçılarla, düşmənlə əlbir olanlarla, başqa dövlətlərin maraqlarına xidmət edənlərlə? Bir çox hallarda təkbaşına qalırıq böyük bir düşmən şəbəkəsinin qarşısında. Effektli mübarizə olmalıdır. Sadəcə, əleyhimizə yazılanları, pozulanları diqqətə alsanız, böyük bir düşmən şəbəkəsinin üstünə gedib çıxarsınız. Qapatmaqla irindən qurtarmaq olmur, savaşmaqla, müalicə ilə olur”.

Tarix: 26 Sentyabr 2022, 12:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin