BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Media subyektləri və jurnalistlərin hansı hallarda Media Reyestrindən çıxarılacağı açıqlandı

Media Reyesterinə daxil edilmiş media subyektləri və jurnalistlərin Reyestrdən hansı hallarda çıxarılacağı məlum olub.

 

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

 

Reyestrə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

 

- media subyektinin ərizəsi olduqda;

 

- hüquqi şəxs olan media subyekti ləğv edildikdə;

 

 

- məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;

 

- fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

 

- Qanunun tələblərinə cavab vermədiyi aşkar edildikdə;

 

- çap mediası subyekti tərəfindən Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;

 

- Reyestrə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə Agentliyə təqdim edilmədikdə;

 

- audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.

 

Qanunun uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Reyestrdən çıxarılır.

 

Reyestrə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Reyestrdən çıxarılırlar:

 

- jurnalistin ərizəsi olduqda;

 

- Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər tələblərə cavab vermədiyi aşkar edildikdə;

 

- ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;

 

- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

 

- yayımladığı informasiyanın Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

 

- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Reyestrdən çıxarıldıqda;

 

- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

 

- Bu Qaydalarda qeyd edilən hallarda Agentlik tərəfindən media subyektlərinin və jurnalistlərin Reyestrdən çıxarılması barədə əsaslandırılmış qərar qəbul olunur və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.

Tarix: 26 Sentyabr 2022, 16:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin