Azərbaycan Respublikası Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq etdi.
26 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirmişdir.
İclasda ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-nin “Xəzər TV” redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı müzakirə olunmuşdur.
Belə ki, “Xəzər TV” televiziya redaksiyasının “Xəbər ertəsi” proqramında 22 sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal hadisələrlə bağlı süjet yayımlanmışdır. Bu xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri səsləndirmişdir: “Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır, qorxulu səslər çıxarır...biz də 10-15 dəqiqədir ki, artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar”.
Daha sonra süjetdə “Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb gedəcəm” yazısı olan kağız nümayiş etdirilmişdir ki, müxbir ev yiyəsinin bu yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini demişdir.
Bundan başqa süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev adlı şəxsin fikirlərinə də yer verilmişdir: “Bu kimi hallar tez-tez baş verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər, paltarlarını kəsirlər...bu cür halların qarşısının alınması insanların dini inanclarına bağlıdır”.
Efirdə bu cür reportajların yayımlanması ilə yanaşı həmin reportajda baş verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırki halda müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-yə (“Xəzər TV” televiziya redaksiyası) belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
23 Aprel 13:12
23 Aprel 13:10
23 Aprel 13:08
23 Aprel 13:04
23 Aprel 13:02
23 Aprel 13:01
23 Aprel 13:00
23 Aprel 12:53
23 Aprel 12:51
23 Aprel 12:49
23 Aprel 12:47
23 Aprel 12:46
23 Aprel 12:37
23 Aprel 12:19
23 Aprel 12:18
23 Aprel 12:15
23 Aprel 12:13
23 Aprel 12:10
23 Aprel 11:56
23 Aprel 11:53
23 Aprel 11:51
23 Aprel 11:46
23 Aprel 11:41
23 Aprel 11:24
23 Aprel 11:20
23 Aprel 11:14
23 Aprel 11:10
23 Aprel 11:00
23 Aprel 10:58
23 Aprel 10:57
23 Aprel 10:53
23 Aprel 10:32
23 Aprel 10:30
23 Aprel 10:29
23 Aprel 10:25
23 Aprel 10:19
23 Aprel 09:54
23 Aprel 09:41
23 Aprel 09:39
23 Aprel 09:34
23 Aprel 09:27
23 Aprel 09:04
23 Aprel 08:59
23 Aprel 08:57
23 Aprel 08:54
23 Aprel 08:53
23 Aprel 08:51
23 Aprel 08:48
23 Aprel 08:45
23 Aprel 08:42
23 Aprel 08:39
23 Aprel 08:35
23 Aprel 08:33
23 Aprel 08:24
23 Aprel 08:20
23 Aprel 08:17
23 Aprel 08:13
23 Aprel 08:09
23 Aprel 08:06
23 Aprel 08:02
23 Aprel 07:23
23 Aprel 07:00
23 Aprel 06:58
23 Aprel 05:58
23 Aprel 05:55
23 Aprel 05:05
23 Aprel 00:08
22 Aprel 23:36
22 Aprel 23:20
22 Aprel 23:04
22 Aprel 23:00
22 Aprel 22:57
22 Aprel 22:51
22 Aprel 22:49
22 Aprel 22:43
22 Aprel 22:41
22 Aprel 22:39
22 Aprel 22:38
22 Aprel 20:34
22 Aprel 20:32
22 Aprel 20:30
22 Aprel 19:25
22 Aprel 18:39
22 Aprel 18:38
22 Aprel 18:35
22 Aprel 18:34
22 Aprel 18:17
22 Aprel 18:12
22 Aprel 18:10
22 Aprel 17:53
22 Aprel 17:42
22 Aprel 17:20
22 Aprel 17:09
22 Aprel 17:08
22 Aprel 16:58
22 Aprel 16:55
22 Aprel 16:50
22 Aprel 16:40
22 Aprel 16:18
22 Aprel 16:10
22 Aprel 16:05
22 Aprel 15:35
22 Aprel 15:32
22 Aprel 15:31
22 Aprel 15:11
22 Aprel 15:09
22 Aprel 15:07
22 Aprel 15:04
22 Aprel 15:02
22 Aprel 14:59
22 Aprel 14:50
22 Aprel 14:37
22 Aprel 13:51
22 Aprel 13:49
22 Aprel 13:47
22 Aprel 13:45
22 Aprel 13:43
22 Aprel 13:42
22 Aprel 13:28
22 Aprel 13:25
22 Aprel 13:24
22 Aprel 12:54
22 Aprel 12:52
22 Aprel 12:49
22 Aprel 12:36
22 Aprel 12:32
22 Aprel 12:27
22 Aprel 12:20
22 Aprel 12:15
22 Aprel 12:13
22 Aprel 12:10
22 Aprel 12:06
22 Aprel 12:03
22 Aprel 11:59
22 Aprel 11:58
22 Aprel 11:55
22 Aprel 11:38
22 Aprel 11:29
22 Aprel 11:27
22 Aprel 11:18
22 Aprel 11:17
22 Aprel 11:10
22 Aprel 11:07
22 Aprel 11:02
22 Aprel 10:54
22 Aprel 10:53
22 Aprel 10:42
22 Aprel 10:33
22 Aprel 10:30
22 Aprel 10:29
Ən son xəbərləri səhifəmizdən də izləyin