BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ separatçılardan təmizləməli, digər ərazilər azad olunmalıdır”

“İkinci Qarabağ müharibəsi böyük qələbəmiz idi, həm torpaqlarımızın böyük hissəsini geri qaytardıq, həm də təxminən 28 il davam edən psixoloji gərginliyə son qoyduq. Allah şəhidlərmizə rəhmət eləsin! Onların sayəsində başımız dikdir. Ancaq bu hələ son deyil. Görüləcək işlərimiz var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlunun sözlərinə görə, Qarabağın tamamını separatçılardan təmizləməli və yerdə qalan ərazilər azad olunmalıdır: “Qarabağın tamamında Azərbaycan qanunlarının işləməsini təmin etməliyik. Ermənistanla Qarabağ arasında inşa etdiyimiz alternativ yol nəzarətimizə keçməli, yolun başlanğıcında sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Ermənistanla sərhədin müəyyənləşməsiylə bağlı sənəd imzalanmalıdır. Qərbi Zəngəzur dəhlizinin işə düşməsini təmin etməliyik. Ermənistanla sülh sazişi imzalanmalıdır”.

Tarix: 27 Sentyabr 2022, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin