BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bizdən güclü ölkələr təslim olub, burda nə var ki, kapitulyasiya yeganə çıxış yolumuz idi" - Ter-Petrosyan

Paşinyan bu sənədi imzalamaqdan qorxur, çünki siz çox gözəl bilirsiniz ki, hansı sənədi imzalasa da, ona yenə də satqın və türk adı veriləcək.

 

Pravda.az Konkret.az-a istinadən xəbər verir ki,  bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyanın efirində deyib.

 

“Paşinyan da bu sənədi imzalamaqdan qorxur, çünki siz yaxşı bilirsiniz ki, hansı sənədi imzalasa da, ona yenə də satqın və türk adı veriləcək.

 

Mən 100 faiz əminəm. Fikrimcə, əgər birlikdə ən az ağrılı variantı seçsək, Paşinyana əl uzadacağıq, kömək edəcəyik və beləliklə, bu razılaşmaların məsuliyyətini öz üzərimizə götürəcəyik. Şəxsən mən buna hazıram.

 

Və belə bir işdə uğur qazanmaq üçün hər iki tərəfdən mütləq səmimiyyət lazımdır. Paşinyandan qurtulan kimi dərhal prezident olacağını düşünənlər də az deyil.

 

Məşhur adamlardan başqa, hər gün kimsə küçədə özünü Ermənistanın növbəti lideri kimi təsəvvür edərək tribuna qurur”, – Ter-Petrosyan bildirib.

 

Aparıcının Ermənistandan ən azı iki şey tələb olunur – Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması və Ermənistandan dəhliz verilməsi ilə bağlı sualına cavab olaraq o, təfərrüatlara varmaq istəmədiyini bildirib:

 

“Bu barədə çox danışılıb. İstədiyiniz qədər danışa bilərsiniz, amma bunun uğur qazanıb-qazanmayacağını heç kim bilmir”.

 

Ter-Petrosyan vurğulayıb ki, dünyada sülh müqaviləsi olmayan iki qonşu dövlət yoxdur.

 

O, bunun sülh müqaviləsi deyil, daha çox təslim olma müqaviləsi olması ilə bağlı iradlara belə cavab verib:

 

“Bəli, bizdən daha güclü ölkələr təslim oldu. Ermənistanın təslim olduğunu ilk mən demişəm. Bəli, bunun nə günahı var? Yaponiya özünü alçaltmadı, təslim olmadımı? Burada nə var ki?

 

Bu, bizim istəyimiz deyil, şərait belə idi. Rəqiblərimizin aqressivliyi, hakimiyyətin səhvləri bu vəziyyətə gətirib çıxardı. Mən səhv etmişəmsə, bu istiqamətdə etməmişəm.

 

Əksinə, ilk mən demişəm ki, kapitulyasiya yeganə yoldur. Sülh müqaviləsi də mütləq imzalanmalıdır”.

Tarix: 27 Sentyabr 2022, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin