BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı: “Azərbaycan xalqı yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”

“44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”.

 

Pravda.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündə çıxışında bildirib.

 

Prezidentin sözlərinə görə, bütün Azərbaycan xalqı birlik, iradə göstərib: “Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq".

Tarix: 27 Sentyabr 2022, 14:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin