BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkət əməkdaşını oğurlayan şəxslərə 35 il 6 ay cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

 

Daha sonra dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında Məcidbəy Vəkilovun 11 il, Hüseyn Məlikovun 11 il 6 ay və Hacıbəy Rzaxanovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Növbəti proses oktyabrın 11-nə təyin edilib.

 

Qeyd: İstintaq orqanı tərəfindən Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə Xaliq Nadir oğlu Abdullayev və “Azərmaş” MMC zərərçəkmiş qismində tanınıb.

 

Kamal  Məmmədov

Tarix: 27 Sentyabr 2022, 16:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin