BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bələdiyyə sədri həbs edildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığında təqsirləndirilən Şabran rayonunun Pirəbədil bələdiyyəsinin sabiq sədri Nuriyev Camaləddin Müzafəddin oğlu cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
C.Nuriyev barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, Şabran rayonunun Pirəbədil bələdiyyəsinin sabiq sədri C.Nuriyev mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığında təqsirli bilinir.

O, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərini aşmış, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib.

Qeyd: C.Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.

Kamal Məmmədov

Tarix: 27 Sentyabr 2022, 17:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin