BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Surxay: “Kim Quranı və Peyğəmbəri tanımırsa, özünü tanımır”

“Qurani-Kərim” olmasaydı, haradan biləcəkdik ki, Peyğəmbər kimdir? Heç özümüzü tanımayacağdıq. Peyğəmbər çətinliklərə rəğmən Allahın əmrini bizə çatdırdı ki, ey insanlar, siz məxluqsunuz, heyvanlardan fərqiniz budur ki, əxlaq sahibi olmalısınız. Peyğəmbər buyururdu ki, istəyirəm, mənə oxşayasınız. Peyğəmbər mənəvi atamız idi...”

 

Pravda.az-ın xəbərinə görə, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

 

“Ən böyük əxlaq sahibi Peyğəmbər idi. Peyğəmbəri tanımaq Quranı tanımaqdır, Quranı tanımaq özümüzü tanımaqdır, özümüzü tanımaq bugünümüzü, sabahımızı tanımaqdır. Kim Quranı və Peyğəmbəri tanımırsa, özünü tanımır” – o qeyd edib.

 

Kənan

Tarix: 28 Sentyabr 2022, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin