BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən il 15-29 yaşda olan qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Ötən il 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub.

 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.

 

Gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Həmçinin gənclərin 47,5 faizini qadınlar təşkil edir.

 

Ötən il 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına düşüb. Ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib.

 

İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub.

Tarix: 28 Sentyabr 2022, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin