BURADA REKLAMINIZ OLA
BİLƏR

Çobanı döyənə elektron qolbaq taxıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda çoban həmkarını döyməkd təqsirləndirilən Aydın Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edillib.


İttihama görə, hadisə 2 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Tovuz rayonu, Düz Qırıqlı kəndinin ərazisində yerləşən fermada qeydə alınıb.


Belə ki, Gədəbəy rayonu sakini, 1969-cu il təvəllüdlü Aydın Səfərov çoban işlədiyi fermada onunla birlikdə çalışan Daşkəsən rayon sakini Elnur Mustafayevlə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra Aydın əlindəki ağacla (çomax) onun baş və bədən nahiyyəsinə zərbələr endirib.


Mübahisəyə səbəb zərərçəkmişin Aydının ünvanına nalayiq ifadə işlətməsi olub.

 

Hadisədən sonra Elnur Mustafayev polisə şikayət edib.

 

Aydın Səfərov saxlanıb, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ittiham irəli sürülüb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 28 Sentyabr 2022, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin