BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas şəhidin qardaşına birotaqlı mənzil verilməsindən danışdı: “Dövlətin gücü nəyə çatıbsa, onu verib…”

Milli Məclisin deputatı Aqil Abbas “SOS” uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşının birotaqlı mənzildən imtina etməsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun şəhid ailəsi sayılmadığı barədə açıqlamasına münasibət bildirib.

 

A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, Sənan Əhmədov şəhid ailəsi sayılır: “Birotaqlı ev veriblər də. Burda nə var? Normal bir otaq veriblərsə, sağ olsunlar. Dövlətin gücü çatıb, bir otaqlı ev veriblər. İmtina etmək nədir, başa düşmədim. Mən də istəyərəm dördotaqlı, beşotaqlı ev verilsin. Amma dövlətin gücü nəyə çatıbsa, onu verib də”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Sentyabr 2022, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin