BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qohumuna qarşı dələduzluq edən qadına şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qızılgül Musayevanın cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin  hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

İttihama görə, Qızılgül Musayeva “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni tikilən binadan 50 kv/m sahəli mənzil alacağına dair paytaxt sakini, uzaq qohumu Fəridə Quliyevaya yalan vəd verib.

 

Belə ki, təqsirləndirilən şəxs 2016-2018-ci illər arasında zərərçəkmişdən ümumilikdə 78 min manat pul alıb. Daha sonra Qızılgül Musayeva verdiyi vədə əməl etməyib.

 

Fəridə Quliyeva bu barədə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Qızılgül Musayeva saxlanılıb.

 

İstintaq zamanı məlum olub ki, Q.Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirib baha qiymətə satmaq olub.

 

Kamal Məmmədov

Tarix: 28 Sentyabr 2022, 18:01   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin