BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvətə görə tutulan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə U.Qocayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra kemiş bələdiyyə sədri hökmdən narazı qalıb və o, apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əasən, U.Qocayevin apellyasiya şikayəti təmin olunmayıb. O, həbsdə saxlanılıb.

 

Qeyd: Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlu 2021-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

 

Aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən U.Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində alması müəyyən edilib.

 

Onun barəsində Cinayət Məclləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 311.3.2-ci ( Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) 32.4, 312.1-ci (Rüşvətə təhrik etmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 29 Sentyabr 2022, 07:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin