BURADA REKLAMINIZ OLA
BİLƏR

Bahalı mobil telefonları ucuz qiymətə sataraq dələduzluq edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.

 

Araşdırmalar davam etdirilir.

 

Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər.

Tarix: 28 Sentyabr 2022, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin