BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar” mövzusunda təlim təşkil olundu

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar” mövzusunda təlim təşkil olunub.

 

Pravda.az-ın xəbərinə görə, İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilən təlimdə qurumun şöbə müdirləri Emil Hacıyev və Amir Məmmədov “Sənaye zonalarında sahibkarlıq subyektinin inkişafı üçün əlverişli imkanlar, vergi və gömrük güzəştləri, rezident anlayışı və rezidentlərin qeydiyyatı proseduru”, “Kənd təsərrüfatında innovativlik: Aqroparklar” mövzularında təqdimatlar edib.

 

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

 

Sonra İZİA-nın Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə iştirakçılara məlumat verib. 

 

Təlimin sonunda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli media nümayəndələrinə sertifikatlar təqdim ediblər.

Fotoları təqdim edirik
Tarix: 29 Sentyabr 2022, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin