BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda axund məsciddə namaz qılarkən bıçaqlandı

Lənkəranda axund bıçaqlanıb.

 

Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.

 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-ya bildirib ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Lənkəran ŞRPŞ-də faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Tarix: 29 Sentyabr 2022, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin