BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Surxay: “İrana və ya dığaya xidmət etmək doğulduğum gündən mənə xas olan xüsusiyyət deyil”

“İradlara cavab verməyi bizə böyüklərimiz öyrədib. İranlılar yox, böyüklərimiz, yəni Azərbaycan tarixinin səhifələrində adları hörmət və ehtiramla anılan dahilərimiz. İrada əqli və nəqli cavab vermək lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

 

S.Məmmədli qeyd edib ki, təhqir etmək insani keyfiyyətlərdən deyil: “Dinimiz açıq-aşkar, heç bir şəkk-şübhəsi olmayan dindir. Sadəcə olaraq, insanların dini savadsızlığından istifadə edib şəxsinə sərf etməyən hər hansı bir ritualı cəmiyyətimizdə kifayət qədər nifrət qazanan hər hansı bir ölkəyə bağlayıb, insanlara nifrət qazandırmağa çalışmaq cılızlıq əlamətidir. “Peyğəmbərimizin əziz səhabəsi Uveys Qərəni muharibələrin birində Peyğəmbərin dişinin sınmağını eşidib öz dişini sındırır.” Bu tarixi faktdır. Gəlin hamılıqla Uveys Qərənini iranpərəst adlandıraq, söyək, təhqir edək, dığalara xidmət edən adı qoyaq. Niyə? Çünki bu əməl şəxsimizin maraqları ilə üst-üstə deyil. Yeni model din təbliği edirik axı. Qaldı ki hər hansı bir dövlətə, İrana və ya dığaya xidmət etmək doğulduğum gündən mənə xas olan xüsusiyyət deyil. Mənbərdən tutmuş insanların arasında olduğum vaxtlarda da bir sifətli olmuşam və heç bir təmənna güdmədən dövlətə və dövlətçiliyə xidmət göstərmişəm. Heç bir təmanna güdmədən cəbhəmi dəyişməmiş və hər zaman dövlətimin və dövlətçiliyin əsgəri olmuşam. Ulu Öndərin hakimiyyətə gəldiyi zamandan bəri Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə də və indiyə qədər də hər zaman hər iki dahi şəxsiyyətin siyasi kursunu dəstəkləyənlərdənəm. Dini təbliğimdə də heç bir ölkəyə əsaslanmır, yalnız və yalnız İslam dininin tarixi faktlarına əsaslanıram. Mənim üçün hər hansı ölkə maraqlı deyil, mənim bir ölkəm var o da Azərbaycandır. Hər zaman da bir sifətlə yaşayacaq, bir sifətlə öləcəyəm. İradlara hər zaman açığam, lakin təhqirlərə isə bir cavabım var “İnsan danışığı qədərdir””.

 

Kənan

Tarix: 29 Sentyabr 2022, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin