BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzulidə oldu - FOTO

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun xarici iştirakçıları Füzuli rayonunun Merdinli kəndində olublar.

 

Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qonaqları Merdinli kənd məscidi ilə tanış edib.

 

Qonaqların diqqətinə kənd məscidinin işğal dövründə ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi çatdırılıb.

 

Daha sonra dağıdılmış kənd qəbiristanlığı göstərilib.

 

Qonaqlar minatəmizləmə əməliyyatlarını da izləyiblər.

Tarix: 29 Sentyabr 2022, 11:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin