BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Nə qədər ki Rusiya Ermənistanda həlledici söz sahibidir...”

“Dünyada artıq heç bir məsələdə “qırmızı xətt”lər qalmayıb, hətta “soyuq müharibə” zamanı belə kritik enerji infrastrukturları, kommunikasiya xəttləri toxunulmaz idi. Hətta Rusiyanın Ukraynaya təcavücü və apardığı işğalçı müharibə zamanı belə hər iki tərəf Ukraynadan keçən kommunikasiya xəttlərinə ziyan vuracaq addımlardan çəkinirdilər. Amma Rusiya Zaparojye AES-i işğal edib atom təhdidi yaradan gündən bu “qırmızı xətt”lər silinməyə başladı. İki gün öncə Baltik Dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir tabu tanımaz şərait yaradır. Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presidentdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərlinin sözlərinə görə, dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, “kovidlə” mübarizənin axmaqcasına aparılmasından başlayan iqtisadi böhran daha da dərinləşəcək: “Görünən odur ki, hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır, Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xəttlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə (Türkiyə xəttlərin davamı olan ölkə kimi, Britaniya Bp şirkətinin neft-qaz layihələrinin əsas operatoru olduğu, İsrail isə öz neft ehtiyacının yarıdan çoxunun Azərbaycandan təmin etdiyi üçün) hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xəttləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, boru xəttləri boyu birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır. Nə qədər ki Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhəddinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimizə həmişə təhlükə olacaq, 2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur...”

 

Kənan

Tarix: 29 Sentyabr 2022, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin