BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacıqabulda rəzalət - Muğan qəsəbəsindəki məktəbdə nə baş verir? - VİDEO

Hacıqabul rayonu Muğan qəsəbəsinin bir qrup sakini Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların qəsəbəsində olan və Vüqar Məmmədov adına orta məktəbin binası çox acınacaqlı vəziyyətdədir.

 

Sakinlərin dediyinə görə, məktəb 50 ildir ki, əsaslı təmir edilmir. Onlar hətta uşaqlarını qəzalı vəziyyətdə olan məktəbə göndərməyə ehtiyat etdiklərini deyirlər.

 

Azinforum.az-ın reportyor qrupu qəsəbədə olaraq, vəziyyətlə yerində tanış olub.

 

Məktəbin real vəziyyətini və qəsəbə sakinlərinin münasibətini əks etdirən videoreportajı təqdim edirik.

 

Mövzu ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyin münasibətini öyrənməyə cəhd edəcəyik.

 

Qeyd edək ki, Hacıqabulda olarkən, Muğan qəsəbəsinin başqa sosial problemlərdən əziyyət çəkdiyinin də şahidi olduq.

 

Bu mövzular üzrə də hazırladığımız materialları da ardıcıl təqdim edəcəyik.

 

Tarix: 29 Sentyabr 2022, 13:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin