BURADA REKLAMINIZ OLA
BİLƏR

"Supermarketlərdə yeni fırıldaqçılıq metodu çıxıb" - Rüfət Quliyev

Azərbaycanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodu ortaya çıxıb.

 

Pravda.az-ın məlumatına görə, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır. “Piştaxtada məhsulun üzərinə başqa qiymət yazılır, ancaq kassaya gələndə başqa, daha yüksək qiymət olur. Müdriyyəti çağırırsan, gəlib deyir qiyməti dəyişmək yadımızdan çıxıb”, - deyə o qeyd edib.

 

Deputat iclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərova müraciət edərək bu istiqamətdə tədbirlər görülməsini xahiş edib.

 

Trend

Tarix: 29 Sentyabr 2022, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin