BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan pensiya ilə bağlı açıqlama: "Sosial şəbəkələrdə yayılan dedi-qodular tamamilə əsassızdır, fikir vermək lazım deyil"

“Sosial şəbəkələrdə guya ölkədə sosial ədalətsizlik olması ilə bağlı məqsədli şəkildə şaiyələr yayanlar Azərbaycan dövlətinin sosial siyasət, pensiya islahatları sahəsində gördüyü işlərə xələl gətirmək istəyirlər. Qətiyyən belə deyil. Azərbaycanda bir qrup kateqoriya var ki, onların indiyə qədər əməkhaqlarının ödənilməsi müxtəlif əmək haqqı şəklində, əlavələr, yardım şəklində olub. İndiyə qədər ölkəmizdə hər ilin əvvəlində infilyasiya və s. ilə bağlı olaraq əmək haqlarının, pensiyaların artırılması ilə bağlı konkret qərar qəbul olunur, addımlar atılırdı. Pensiyanın da indeksasiyası aparılırdı. Aparılan indeksasiyanın nəticəsində də insanların pensiyasında müəyyən qədər artım olub. Bu da həm vətəndaşın rifahına böyük dəstək olmuş olur, həm də dünyada gedən inflyasiyanın Azərbaycanda vətəndaşın cibinə mənfi təsirinin qarşısını almaq məqsədi daşıyırdı. Bir qrup kateqoriyadan olanlar, məsələn, hərbi qulluqçularımız, deputatlarda ödəmə başqadır. Hərbi qulluqçularda kirayə puluna qədər hər şey var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, dünyada bütün ölkələrdə pensiyanın ödənilməsi vahid bir sistemlə, düsturla həyata keçirilir: “Amma Azərbaycanda uzun illərdir fərqli kateqoriyalarda fərqli indeksasiya metodu tətbiq olunurdu. Bundan sonra hər ilin əvvəlində infilyasiyanın insanların pensiyasına mənfi təsirinin qarşısını almaq, ailə büdcəsinə ziyan dəyməməsi üçün bu kateqoriyadan olan insanlara da eyni indeksasiya metodu tətbiq olunacaq. Sosial şəbəkələrdə yayılan dedi-qodular tamamilə əsassızdır. Fikir vermək lazım deyil”.

 

M.İbrahimqızı deyib ki, Milli Məclisdə nəinki qəbul edilən qanunlar, qanunların təkmilləşdirilməsi tam vətəndaşların marağına xidmət edir: “Çünki bizim dövlətin siyasətinə əsasən, hər şeyin başında və mərkəzində vətəndaş dayanır. Bildiyimiz kimi, ölkəmizdə bütün sahələrdə çox ciddi və uğurlu islahatlar həyata keçirilir. Pensiya haqqında qanunvericilikdəki dəyişikliklərin edilməsi də sosial sahədə həyata keçirilən uğurlu islahatların məntiqi davamıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Sentyabr 2022, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin