BURADA REKLAMINIZ OLA
BİLƏR

Qızları aldadıb Dubaya aparan qadın həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Elnarə Zamanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Zamanova məhkəmə zalından həbs olunub.

 

İttihama görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə, o, qadınları aldadıb və onlar cinsi istismara məruz qalıb.

 

50 yaşlı E.Zamanova bir müddət əvvəl saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri,  iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 29 Sentyabr 2022, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin