BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zerkalnıy Əliyarın” xanım davamçısı cərimələndi - VİDEO

Paytaxtın Yeryomenko küçəsində müxtəlif vaxtlarda yol hərəkəti qaydasını pozan 10-FN-555 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün videogörüntüləri yayımlanıb.

 

Belə ki, qoşa xəttin tələbini pozaraq geriyə dönən xanım sürücünün hərəkətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb.

 

İdarədən Avtosfer.az-a verilən məlumata görə sürücü müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilib.

 

Qeyd edək ki, “Zerkalnıy Əliyar” kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğlu dəfələrlə qayda pozuntuları ilə gündəmə gəlib. Onu tanıyanlar deyir ki, çox vaxt yolun ortasında maşını saxlayaraq sükan arxasında yatır.

 

 

Tarix: 29 Sentyabr 2022, 20:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin