BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda hoteldəki yanğın söndürüldü - YENİLƏNDİ

Novxanıda oteldə baş verən yanğın söndürülüb.


Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.


Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

 

FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotel"in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.


Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.

***

 

20:33

 

Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tarix: 29 Sentyabr 2022, 21:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin