BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Alla Puqaçova Rusiyanı tərk etdi - VİDEO

Alla Puqaçova Rusiyanı tərk edib.

 

İlkin məlumatlara görə, sənətçi övladları ilə birlikdə Moskvanın Vnukovo hava limanından İsrailə uçub.

 

Müğənninin ölkəyə nə vaxt qayıdacağı məlum deyil. Puqaçova geri dönüş bileti almayıb.

 

Rusiyanın primadonnasının “Chevrolet Express”lə əvvəlcə hava limanına gətirilməsi, sonra isə oradan ayrılması ilə bağlı görüntülər var. Eyni avtomobillə Puqaçova sentyabrın 1-də uşaqları məktəbə aparıb.

 

Ukrayna ilə Rusiya arasında müharibə başlayanda Alla Puqaçova uşaqları və həyat yoldaşı Maksim Qalkinlə İsrailə uçub.

 

Avqustun sonunda sənətçi Rusiyaya qayıdaraq uşaqları məktəbə göndərib. Sonra Qalkin xarici agent kimi tanınıb. Müğənni bundan sonra onun da xarici agent kimi tanınmaq istədiyi barədə post dərc edib. Onun Rusiya ordusunu nüfuzdan salması yoxlanılır.

 

Tarix: 29 Sentyabr 2022, 21:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin