BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtobusla vurulan qadın ayaqları amputasiya olunarkən öldü

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

 

Hadisə Təbriz küçəsində qeydə alınıb.

 

Belə ki, 26 nömrəli marşurut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 83 yaşlı Rəhilə Zeynalovanı vurub.

 

Qadın xəstəxanaya çatdırılıb. Onun ayaqları amputasiya edilib.

 

O, cərrahi əməliyyat zamanı dünyasını dəyişib.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 

APA

Tarix: 29 Sentyabr 2022, 23:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin