BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

 

Pravda.az xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

 

Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib.

Fotoları təqdim edirik
Tarix: 30 Sentyabr 2022, 12:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin