BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Qarabağda yeni şəhər, rayon salmaq və Heydər Əliyevin adı ilə bağlamaq olar”

“Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü il “Heydər Əliyev İli” elan edildi. Ümumilli lider Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün gördüyü işlər əvəzsizdir. Bu gün gördüyümüz müasir, inkişaf etmiş Azərbaycan, dövlət quruluşumuz, salınan şəhərlərimiz, hazırkı gücümüz, ətraf ölkələrlə münasibətlərimiz, Azərbaycanın dünyaya tanıdılması - bütün bunların hər biri Heydər Əliyevlə bağlıdır. Bu gün cənab Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu siyasi kursunu davam etdirir. “Heydər Əliyev İli” çərçivəsində il boyu gənclərimizə ümummilli liderin göstərdiyi xidmətlər aşılanmalıdır, şəhərimizdə, eyni zamanda rayonlarımızda mötəbər tədbirlər keçirilməlidir. Heydər Əliyevin adına, onun gördüyü işlərə uyğun və layiq tədbirlər olmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat Qarabağda 100 illik yubleyi ərəfəsində Heydər Əliyevin adına şəhər salınması ilə bağlı irəli sürülən təkliflərə də münasibət bildirib: “Bu gün işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işləri gedir. Qarabağda heç bir şəhərdən, kənddən iz qalmayıb, erməni terroru nəticəsində orda dağıntılardan başqa bir şey yoxdur. Həmin ərazilərimiz yenidən qurulur. Təbii ki, sonradan Sovet dönəmində adı dəyişdirilən, erməniləşdirilən rayonlarımız var. Qarabağda yeni bir şəhər, rayon salmaq və Heydər Əliyevin adı ilə bağlamaq olar”.

 

Aytəkin Qardaşova

Tarix: 30 Sentyabr 2022, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin