“Azərbaycanlı vətəndaşlıq tanımıdır, etnik mənsubiyyət deyil, azərbaycanlı hamımızı birləşdirən üst kimlikdir, etnik mənsubiyyətdən üstün anlayışdır. Rusiyada yaşayan azərbaycanlıları (yəni, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları) Kremlin elan etdiyi səfərbərliyə çağırmaq mümkün deyil, çünki onlar Rusiya vətəndaşı deyillər”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılar səfərbərlikdən qaçmırlar, qaçmağın mənası yoxdur, onlar Rusiyadan ancaq iqtisadi çətinliklərə görə çıxa, ölkəni tərk edə bilərlər: “Amma, öncəki illərdə baş verən iqtisadi böhranlar da göstərdi ki, azərbaycanlılar (vətəndaşlarımız) iqtisadi çətinlik yaşayarkən ən SON seçənək kimi məmləkətə dönməyi düşünürlər, çünki, Azərbaycanda kiçik-orta sahibkarlıqla, rəqabətlə, korrupsiya ilə vəziyyət Rusiyadan qat-qat pisdir, onlar anlayırlar ki, gəlib burada işsiz-pulsuz qala bilərlər, ona görə də, iş-güc üçün elə Rusiyada fürsətlər axtarmağı, ya da Qazaxstan, Özbəkistana köçüb iş qurmağı, iş tapmağı daha üstün sayırlar – deməli sərhədlər açıq olsaydı da, azərbaycanlılar (vətəndaşlarımız) ölkəyə gəlməyi düşünməzdilər. Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan (və ya ikili vətəndaşlığı saxlayan) yüzminlərlə soydaşımız var (soydaşlıq və vətəndaşlıq ayrı-ayrı məfhumlardır) səfərbərlik onlara aiddir, çünki Rusiya vətəndaşı kimi öhdəlikləri var. Amma soydaşlıq prinsipidən çıxış edərək Azərbaycan Dövləti həmin şəxsləri də problemləri ilə üz-üzə qoymamalıdır. Bunun üçün sürətlə Rusiyadakı rəsmi nümayəndəliklərimizin (səfirlik, konsulluq) nəznində hüquqi yardımla bağlı “qaynar xətt” yaradılmalı, dövlət öz büdcəsindən vəsait ayıraraq yüzlərlə vəkil tutmalıdır. Bu niyə lazımdır? Kreml səfərbərliyi vəhşicəsinə, öz qanunlarını, səfərbərlik qaydalarını pozaraq aparır. Minlərlə şəxsi qanunsuz cəlb ediblər, hətta Putin belə dünən məsələyə münasibət bildirdi, ona görə də, mütləq vəkillər tutulmalı, səfərbərliyə cəlb edilən istənilən soydaşımızla bağlı prosedur çərçivəsində hüquqi yardım göstərilməlidir. Rusiya vətəndaşları olan soydaşlarımızın böyük əksəriyyəti onsuz da orduda xidmət etməyiblər, deməli, indiki Rusiya qanunlarına görə onları səfərbərliyə cəlb etmək olmaz. Gələk quru sərhədlər məsələsinə, Azərbaycan Respublikası qanunlarına, Konstitutsiyasına görə ölkə öz vətəndaşının üzünə məmləkətin qapısını bağlaya bilməz! Başqa ölkə vətəndaşları üçün sərhədi müxtəlif səbəblərdən bağlaya bilər (hətta soydaşlarımız, amma başqa ölkə vətəndaşları üçün), amma öz vətəndaşı Azərbaycanın qapısını döyürsə, o qapı mütləq açılmalı, azərbaycanlı (vətəndaş) ölkəyə daxil olmalıdır. Bu gün Azərbaycan hökuməti həm qanunları, həm Konstitutsiyanı, həm də məntiqi siyasi məsuliyyətini pozaraq vətəndaşını ölkəyə buraxmır, bu, nonsensdir. Bu məsələlərdə qarışıqlıq yaradan əsas məsələ (hökumətin səbatsızlığından başqa) “azərbaycanlı” sözünün hüquqi tanıtımıdır, ölkədə bütün etnik mənsubiyyətli insanlar öz etnik kimliyini fəxrlə deyə bilir, deməlidir də, bir tək türklərdən başqa, bu doğru deyil. Etnik kimlik müxtəlifdir, hamımız qardaş-bacı kimi məmləkətdə yaşamalıyıq, amma azərbaycanlı sözünün hüquqi izahı ancaq vətəndaşlıq tanımı olmalı, hamımızı birləşdirən dəyərə, üst kimliyə çevrilməlidir”.
3 Dekabr 18:09
3 Dekabr 17:19
3 Dekabr 17:15
3 Dekabr 16:34
3 Dekabr 16:33
3 Dekabr 16:22
3 Dekabr 14:42
3 Dekabr 14:41
3 Dekabr 14:39
3 Dekabr 14:35
3 Dekabr 14:12
3 Dekabr 13:46
3 Dekabr 13:44
3 Dekabr 13:42
3 Dekabr 13:38
3 Dekabr 13:34
3 Dekabr 12:34
3 Dekabr 12:31
3 Dekabr 11:59
3 Dekabr 11:54
3 Dekabr 11:42
3 Dekabr 11:40
3 Dekabr 11:39
3 Dekabr 10:35
3 Dekabr 10:31
3 Dekabr 10:29
3 Dekabr 10:11
3 Dekabr 09:32
3 Dekabr 09:19
3 Dekabr 09:17
3 Dekabr 09:13
3 Dekabr 09:10
3 Dekabr 09:07
3 Dekabr 09:06
3 Dekabr 09:00
3 Dekabr 07:24
3 Dekabr 01:06
3 Dekabr 00:39
3 Dekabr 00:30
2 Dekabr 22:39
2 Dekabr 22:36
2 Dekabr 22:29
2 Dekabr 21:38
2 Dekabr 20:05
2 Dekabr 19:31
2 Dekabr 19:26
2 Dekabr 19:25
2 Dekabr 19:00
2 Dekabr 18:18
2 Dekabr 18:00
2 Dekabr 17:48
2 Dekabr 17:24
2 Dekabr 17:08
2 Dekabr 16:34
2 Dekabr 14:58
2 Dekabr 14:56
2 Dekabr 14:45
2 Dekabr 14:39
2 Dekabr 14:33
2 Dekabr 14:19
2 Dekabr 14:01
2 Dekabr 13:58
2 Dekabr 13:43
2 Dekabr 13:22
2 Dekabr 13:18
2 Dekabr 12:56
2 Dekabr 12:50
2 Dekabr 12:46
2 Dekabr 12:38
2 Dekabr 12:32
2 Dekabr 12:30
2 Dekabr 12:23
2 Dekabr 12:21
2 Dekabr 11:45
2 Dekabr 11:41
2 Dekabr 11:33
2 Dekabr 11:03
2 Dekabr 10:59
2 Dekabr 10:56
2 Dekabr 10:55
2 Dekabr 10:50
2 Dekabr 10:32
2 Dekabr 10:04
2 Dekabr 09:34
2 Dekabr 08:35
2 Dekabr 02:15
2 Dekabr 02:10
2 Dekabr 02:01
1 Dekabr 23:14
1 Dekabr 23:05
1 Dekabr 21:30
1 Dekabr 20:54
1 Dekabr 19:59
1 Dekabr 19:56
1 Dekabr 19:32
1 Dekabr 18:42
1 Dekabr 18:42
1 Dekabr 18:39
1 Dekabr 18:37
1 Dekabr 18:18
1 Dekabr 17:57
1 Dekabr 17:29
1 Dekabr 17:27
1 Dekabr 17:25
1 Dekabr 17:23
1 Dekabr 17:04
1 Dekabr 16:28
1 Dekabr 16:26
1 Dekabr 16:21
1 Dekabr 16:20
1 Dekabr 16:18
1 Dekabr 16:15
1 Dekabr 16:13
1 Dekabr 16:08
1 Dekabr 15:55
1 Dekabr 15:52
1 Dekabr 15:52
1 Dekabr 15:40
1 Dekabr 15:34
1 Dekabr 14:56
1 Dekabr 14:54
1 Dekabr 14:50
1 Dekabr 14:45
1 Dekabr 14:37
1 Dekabr 14:21
1 Dekabr 14:13
1 Dekabr 13:50
1 Dekabr 13:40
1 Dekabr 13:21
1 Dekabr 13:18
1 Dekabr 13:03
1 Dekabr 12:56
1 Dekabr 12:35
1 Dekabr 12:28
1 Dekabr 12:27
1 Dekabr 12:25
1 Dekabr 12:23
1 Dekabr 12:08
1 Dekabr 12:07
1 Dekabr 12:05
1 Dekabr 12:02
1 Dekabr 12:02
1 Dekabr 11:53
1 Dekabr 11:50
1 Dekabr 11:21
1 Dekabr 11:20
1 Dekabr 11:17
1 Dekabr 11:10
1 Dekabr 10:45
1 Dekabr 10:42
Ən son xəbərləri səhifəmizdən də izləyin