BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahbaz Xuduoğlu Əkrəm Əylislinin imza gününü təşkil etdiyi üçün onu qınayanlara cavab verdi

“Əkrəm Əylislinin IV Milli Kitab Sərgisi çərçivəsində ötən gün keçirilən imza saatına xeyli adam gəlmişdi. Çox maraqlı tədbir oldu. Mən çox razıyam. Sevindim ki, Əkrəm Əylisli də gəldi. Diskussiyalar oldu. Maraqlı idi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xudoğlu deyib.

 

Ş.Xuduoğlu Ə.Əylislinin imza saatını təşkil etdiyinə görə ona iradlar bildirənlərə də münasibət cavab verib: “Məsələ bunun doğru, ya yanlış yanaşma olmasında deyil. Ən deyingən insanlar boş-bekar oturan insanlardır. Onlara çox da fikir vermək lazım deyil...”

 

Ş.Xuduoğlunun “Facebook”da Əkrəm Əylisli ilə bağlı paylaşdığı elanın başlığına “nəhayət razılaşdıq” yazması yazıçının imza saatının keçirilməsindən narazı olduğu barədə təəssürat yaradır. Ş.Xuduoğlu bu barədə suala da aydınlıq gətirib: “Əkrəm müəllim pandemiyanı çox ağır keçirmiş dostlarımızdan biri idi. Uzun müddət idi ki, evdən çölə çıxmırdı. Nəhayət evdən çıxdı. Ona görə paylaşımda “nəhayət” yazdım”.

 

Aytəkin Qardaşova

Tarix: 30 Sentyabr 2022, 16:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin