BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: ““Kişilik”dən bəhs edən Əli Kərimli qadınları qabağa verib, siyasi tələblərini səsləndirir...”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün Milli Məclisin qarşısında mitinq keçirmək niyyətini ortaya qoydu. Bu məqsəd qeyri-qanunidir, tamamilə qanuna ziddi, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinin pozulması anlamındadır. Məsələ bundadır ki, AXCP yenə də xalqın adından danışır. Əslində isə xalqın heç bir etimadına sahib deyil, heç bir sosial bazası yoxdur. Bu gün mitinq keçirməyə cəhd edən şəxslərin sayına və iştirakçıların tərkibinə baxsanız, görəcəksiniz ki, “kişilik”dən bəhs edən Əli Kərimli və onun kişi ətrafı qadınları qabağa verib, onların kölgəsində siyasi tələblərini səsləndirirlər. Yenə də sərbəst toplaşmaq azadlığından bəhs edirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, aksiyaçılar əsasən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz edirlər: “Əvvəla, “Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib. 39 siyasi partiya təkliflərini verib, bəs niyə AXCP-nin təklifləri yoxdur? Niyə onlar mövqelərini ifadə etmirlər? Hələ də unudurlar ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Bir dəfə eyni yolla hakimiyyətə gəldilər və xalq cəmi bir il onların hakimiyyətinə dözdü. Bundan sonra hakimiyyət iddialarını ancaq röyalarında görə bilərlər. Xalqı cəmi bir dəfə aldada bildilər. Xalq da öz qərarını verdi, onlara birdəfəlik hakimiyyət qapısını bağladı. Bu gün isə növbəti qanunazidd addım atıblar. Hüquqi müstəvidə bütün bu qanunazidd addımlara qiymət veriləcək. Qeyri-qanuni aksiyanın törədilməsində cavabdeh olan şəxslər hüquqi müstəvidə öz cəzalarını almalıdırlar”.

E.Nəsirov əlavə edib: “Dəfərlərlə Azərbaycanın müvafiq qurumları onların nəzərlərinə çatdırıb ki, Azərbaycanın hüquqi dövlətdir. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun qəbul edilib. Bu qanunun tətbiqi heç bir halda vətəndaşların asayişinin pozulmasına gətirib çıxarmamalı, onların təhlükəsizliyi üçün təhdid yaratmamalıdır. Bütün bu məntiqə söykənərək Bakı Şəhər İcra Hakimiyyəti onlar üçün Bakının ən böyük rayonu olan Qaradağda stadion ayırıb. Qaradağ rayonu Bakı ərazisinin 51%-ni təşkil edir. O əraziyə getmək üçün çox yaxşı yollar var. Problem budur ki, sosial bazaları olmadığından heç kim Əli Kərimlinin və onun yaxın ətrafının arxasınca o əraziyə getməz. Məqsədləri budur ki, insanların sıx olduğu yerlərdə mitinqlər keçirməyə cəhd göstərsinlər, kənardan prosesi çəkib mitinqə dəxli olmayan adamları da məhz iştirakçı kimi qələmə versinlər. Bununla da süni şəkildə guya müəyyən sosial bazaya malik olduqlarını göstərmək istəyirlər”.

Aytəkin Qardaşova

Tarix: 30 Sentyabr 2022, 17:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin