BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: “Səfərim, əlbəttə, bir az gecikib, amma buna səbəb COVID-dir”

Siyasi əlaqələrə gəldikdə, təkcə bizim təmaslarımızı qeyd etmək kifayətdir, eyni zamanda, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Mənim səfərim, əlbəttə, bir az gecikib, amma buna səbəb COVID-dir. Mən COVID-dən dərhal sonra bir neçə ölkəyə, o cümlədən Bolqarıstana səfərlər etmişəm.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevla mətbuata bəyanatlarla çıxış edərkən deyib.

 

“Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir”, - dövlət başçısı vurğulayıb.

Tarix: 30 Sentyabr 2022, 18:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin