BURADA REKLAMINIZ OLA
BİLƏR

Bolqarıstan Prezidenti: “Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır”

“Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında ən yüksək səviyyədə çox fəal siyasi dialoq var. Biz artıq bunun sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq”.

 

Pravda.az xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır:

 

“Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik”.

Tarix: 30 Sentyabr 2022, 19:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin