BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev: “Erməni qəsbkarlarının cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət istiqamətində işlər davam etdirilir”

Erməni qəsbkarlarının cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət istiqamətində işlər davam etdirilir. Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.

 

“Eyni zamanda erməni qəsbkarları tərəfindən dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara, həmçinin ekologiya və yerin təkinə dəymiş ziyanın, eləcə də işğal dövründə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində digər qurumlarla, o cümlədən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə müvafiq işlər davam etdirilir”, - K.Əliyev vurğulayıb.

Tarix: 1 Oktyabr 2022, 07:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin