BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə 46 yaşlı kişi qətlə yetirildi

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix: 1 Oktyabr 2022, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin