BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri açıqlandı

2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz artıb.

Tarix: 1 Oktyabr 2022, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin