BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu məsləhətlər kişilər üçündür

Kişilər qadınlardan çox dəri problemindən əziyyət çəkirlər. Çünki xanımlar müxtəlif kosmetik vasitələrlə, maskalarla problemlərin qarşısını alırlar. Kişilər isə bunu etmirlər. Kişilərdə dəri problemləri orqanizmdə çatışmayan maddələrlə bağlıdır:


Pravda.az kişilərin dəri problemlərini aradan qaldıracaq vasitələr təqdim edir:


• Əgər təraşdan sonra üzdə, boğazaltında səpgilər, hətta irinli civzələr əmələ gəlirsə, üzünüzə mütəmadi olaraq, A və E vitamini çəkin.


• Əgər dabanlarda, dirsəklərdə və diz qapaqlarında dəri quruyub, hətta çatlayırsa, onlara krem çəkib, cod şotka ilə masaj edin.


• Gözaltında qara ləkələr əmələ gəlirsə, demək, orqanizm dəmir azlığından əziyyət çəkir. Alma, mal əti və dil yemək sizi dəmirlə tam təmin edər.


• Əgər dəri yağlı və ya qurudursa, üzü gündə 2 dəfə (səhər və axşam) nəmləndirici maye sabunla yumaq lazımdır. Beləcə, üzü quruluqdan, civzələrdən və qaşınmadan qorumaq olur.


• Dərini daim təravətli saxlamaq və qırışlardan qorumaq üçün tez-tez banan, lobya, düyü və çərəz yeyin.


Axşam.az

Tarix: 2 Oktyabr 2022, 00:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin